Binə hava limanında qəza enişi
Dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda Qantas Airways aviaşirkətinə məxsus təyyarənin təcili eniş etməsi ilə bağlı həyəcan siqnalı verilib.
Sinqapur-London marşrutu üzrə hərəkət edən Airbus A380 təyyarəsi yük anbarında tüstülənmə səbəbindən Bakı hava limanına məcburi eniş edib.
Təyyarə Bakı vaxtı ilə saat 07:08-də uğurla eniş edib, itki yoxdur. Təyyarədə 356 sərnişin olub.
Bakı hava limanında elan edilmiş həyəcan təbili ilə əlaqədar bütün fövqəladə hallar xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib.
Hazırda təyyarəyə texniki baxış keçirilir və qəzanın bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.
Qeyd edək ki, “Airbus A380” dünyanın ən böyük seriyalı təyyarəsidir