Taleh Yusifov Azərbaycana ekstradisiya edilib, - DTX
Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Taleh Yusifovun şəxsi səlahiyyətlərindən və 3-cü ölkənin əlaqələrindən istifadə edərək vətəndaşlarımızı İran ərazisində yaradılmış “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edərək bu fəaliyyəti maliyyələşdirdiyi müəyyən edilib. O, “Tağı” təxəllüsü ilə tanınırdi.
İstintaqla Taleh Yusifovun xarici dövlətlərdən birinin ərazisində gizləndiyi müəyyən edilib və o, beynəlxalq hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib, araşdırmalar davam etdirilir.