Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

Sədrəddin Soltan: "Tehran hakimiyyəti SEPAH-ın xarici ölkələrdə fəaliyyət göstərən "Qüds" qoşununu nə üçun saxlayır?"

Bu günlərdə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı dörd bənddən ibarət bəyanat paylaşıb.

Bəyanatatın ikinci bəndi xüsusi maraq doğurur. Həmin bənddə deyilir: “Beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişiklik və Qafqaz regionunda digər ölkələrin maraqlarına zidd olan geosiyasi dəyişikliklər bu regionda davamlı sülhə maneələr yaradacaq. İran Zəngəzur dəhlizinin yaradılmasına qarşı ardıcıl olaraq öz mövqeyini qoruyub. İranın hüquqi və tarixi sərhədləri toxunulmazdır və heç kimin onları pozmağa haqqı yoxdur. Bu dəhlizin yaradılması yalnız İranın razılığı ilə və İranın hüquqi sərhədlərinin toxunulmazlığına tam riayət olunmaqla həyata keçirilə bilər”.

Görûndüyü kimi, İranin əsas güc quruluşu olan SEPAH-ın iddiaları İranın imkanlarından bir neçə dəfə böyük görünür. Birincisi, bu dəhlizin İranın sərhədlərinə heç bir dəxli yoxdur. Adətən ölkələrin "qırmızı xətti" öz sərhədləri daxilində olur. Digər ölkənin ərazisində özünə "qırmızi xətt" cızan ölkələr həmin dövlətin daxili işinə qarışmış sayilir.

İkincidi, sual yaranır, SEPAH İranın tarixi sərhədləri dedikdə nəyi nəzərdə tutur? Bəlkə İran özünü Şərqin son fatehi olan, Səfəvi imperiyasını quran Nadir şah Əfşarın səltənətinin varisi sayır? Elə isə, İranın öz sərhədləri qarışıq Azərbaycanın torpaqplarıni Ermənistan işğal edəndə niyə susdu? Susmaği bir yana, üstəlik, Ermənistana dəstək verdi, ona iqtisadi nəfəslik açdı. Bəs İranı bu eyforiyaya salan nədi və ya kimdir?

Məsələyə şərh verən politoloq Sədrəddin Soltan dedi ki, Azərbaycan əleyhinə çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib - bəzilərinin Zəngəzurdan keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq, qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir: "Nazir Əraqçi və səfirinin nəzərinə çatdıraq ki, təhlükəsizlik bütün dövlətlər üçün "qırmızı xətdir". Regional təhlükəsizliyin təhdid edilməsi bir sıra hallarda qlobal anlamda problem yaradır. Məsələn, İranın Livanda “Hizbullah”ın, Yəməndə husilərin, Əfqanıstan və Pakistanda “Fatimiyun”, “Zenəybiyun”, İraqda “Həşdi-Şabi” kimi proksi qüvvələri təkcə bir ölkənin, regiona deyil, həm də qlobal təhlükəsizlik arxtekturazına təhdiddir. Yaxud qonşu ölkələrin təhlükəsizliyi və ərazisinin "qayğısını çəkən" Tehran hakimiyyəti İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xarici ölkələrdə fəaliyyət göstərən "Qüds" qoşununu nə üçun saxlayır? Bu qoşun İraq və Suriyada, bir qayda olaraq, həmin ölkələrin daxili işinə müdaxilə edir. Husi, HƏMAS, Hizbullahın İsrailə qarşı müharibəsini əlaqələndirir. SEPAH İsraili bir dövlət kimi yer üzündən silməyi hədəfləyir".

Ekspert əlavə etdi ki, İran elə bilir, bu regionda da həmin proksi qüvvələrdən istifadə edə bilər: "İranı cəsarətləndirən digər məsələ Avropanın ona pərdəarxası dəstəyidir".

Qeyd edək ki, İranın Zəngəzur dəhlizini özünün "qırmızı xətti" elan etməsi Ermənistanın daxili işinə qarışmaq kimi qiymətləndirilməlidir və ona qarşı uyğun tədbirlər görülməlidir. 

Dəniz NƏSİRLİ