Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

Qabil Hüseynli: "Bölgədə Qazaxıstan özünun dürüstlüyü və hadisələrə yanaşması ilə ən obyektiv ölkələrdən biridir" 

Ermənistanla danışıqların Astanada aparılması təklifi Azərbaycan üçün məqbuldur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, Astana Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar üçün platforma rolunu oynamağa hazırdır.

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sülh danışiqlari müxtəlif platformalarda aparılıb. Danışlqlar indiyə qədər Rusiyada, Avropanin muxləlif qurumlarında və paytaxtlarında, Amerika da və s. ölkələrdə aparılıb. Lakin bu sülh danışıqları Rusiyadan başqa heç bir MDB ölkəsində aparılmayıb. Bu baxımdan Astanada sülh danışıqlari presedent sayıla bilər.

Lakin hələ Ermənistan tərəfi buna cavab verməyib. Ermənistan buna necə reaksiya verəcək, sulh danışıqları baş tutarsa, Astana danışıqlari prosesə yenilik gətirə bilərmi?

Sualımıza cavab olaraq politoloq Qabil Hüseynli bildirdi ki, zənnincə, Ermənistan bu təklifə naz eləməməlidir: "Çünki Ermənistanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyədədir. Əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər etdi. Daha sonra xarici işlər nazirlərinizin Astana görüşu oldu. Həmin görüşdə sərhədlərimizin delimitasiyası və demarkasiyası genis müzakirə edildi. Bir sözlə, belə görünür ki, bölgədə Qazaxıstan özünun obyektivliyi və hadisələrə yanaşması ilə ən dürüst ölkələrdən biridir. Məhz buna gorə də Azərbaycan Qazaxıstanın təklifini qəbul eydi".
 Şiyasi şərhçi onu da əlavə etdi ki, danışıqlar platformasi kimi Rusiyanı, anqlosaksonları və ya Avropa Birliyini seçməkdənsə, həlim, mulayim və bütün tarix boyu obyektiv olan Qazaxıstanı seçmək sülh danışıqlarının gələcək perspektivlərinə daha çox uğur gətirə bilər".

Onu da əlavə edək ki, danışıq platformasını seçərkən, onu təklif edən ölkənin tərəflərlə münasibəti əsas götürülməlidir. Danışıq platforması təklif edən ölkənin münaqişə tərəfləri olan hər iki dövlətlə yüksək səviyyəli və bərabər hüquqlu münasibətlərinin olmasi vacibdir.
 Məsələn, Rusiya Ermənistanı vassalı kimi itirmək istəməyən, Avropa ölkələri və ABŞ isə onu əldə etmək istəyən dövlətlərdir. Yəni bu ölkələrin Ermənistandan gözləntiləri var. Belə olan halda isə onların ədalətli mövqe tutmaq imkanları sual altina düşür. Yəni bu ölkələrin öz mənafeyi onların obyektiv olmasına imkan vermir. Qazaxıstanın isə hər iki ölkə ilə bərabər hüquqlu, yüksək səviyyəli münasibətləri var. Ona görə də Azərbaycanla Ermenistan aprasında aparılan sulh danışıqlarının ən uğurlu platformasi elə Qazaxıstan ola bilər.
Dəniz NƏSİRLİ