“Aran News”-dan yeni təxribat

 “Zəngəzur dəhlizi Qafqazda sülhün açarı, yoxsa düyünü?”

İranın anti-Azərbaycan mövqeyi ilə tanınan “Aran News” saytı qərəzli məqaləsində yazır:

“İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülhün vəziyyətini kövrək edən amil Zəngəzur dəhlizinin yaradılmasıdır, hansı ki, atəşkəs sazişinin 9-cu və sonuncu bəndində şərh edilir.

Həmin bəndə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Ermənistan insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin edir, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları isə kommunikasiya əlaqələrinə nəzarəti həyata keçirəcək.

Lakin son aylarda hər iki tərəf adıçəkilən bəndi iki mühüm cəhətdən yenidən tərif etməyə çalışıb. O mənada ki, Azərbaycan dəhlizi Sünik vilayəti (Qərbi Zəngəzur) kimi tərif edir, Ermənistan isə onu İrəvanın hakimiyyəti altında kommunikasiya xətlərinin yaradılması kimi qiymətləndirir. Suverenlik məsələsinin müzakirəsi bir kənara, Zəngəzur dəhlizinin açılması regionun iqtisadiyyatında transformasiyaya səbəb olacaq və beynəlxalq iqtisadiyyatda çəkisini artıracaq.

Qonşuların reaksiyası

Bu arada, Türkiyə İrəvan tərəfindən qəti şəkildə rədd edilən Zəngəzur dəhlizinə dair Bakının tələblərini dəstəklədiyini bir daha bəyan edir və Moskva da öz geosiyasi və iqtisadi maraqlarını sərhədlərin açılmasında görür. Strateji baxımdan Ərdoğan və Putin öz ölkələri arasında gərginlik zonalarını azaltmaq istəyirlər.

Prosesləri yaxından izləyən digər aktyor isə Ermənistanın ərazi bütövlüyünün dəyişdirilməsinə qarşı çıxan İrandır. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani iyunun 7-də İrəvana səfəri zamanı iki ölkə sərhədinin təhlükə altına alınmayacağına dair Ermənistandan zəmanət alıb. İranı kommunikasiya sahəsində narahat edən əsas məsələlərdən biri Bakının tabeliyində Zəngəzur dəhlizinin yaradılması ilə Şimal-Cənub dəhlizində ciddi ləngimələrin olacağıdır...”.

https://bit.ly/3QWJjE9