ABŞ ruslara viza qadağasını qəbul etmədi
ABŞ Ukraynanın ruslara qarşı viza qadağası tələbini rədd edir.
Bazar ertəsi Birləşmiş Ştatlar Ukraynanın ruslara qarşı ümumi viza qadağası tələbini rədd edərək bildirib ki, Vaşinqton Rusiyadan olan müxaliflər və insan haqları pozuntularına məruz qalan digər şəxslər üçün sığınacaq yollarını bağlamaq istəməz. Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə bu ayın əvvəlində Washington Post qəzetinə verdiyi müsahibədə viza qadağasına təkid edərək demişdi ki, ruslar “fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”. Bundan sonra Zelenski bir neçə həftə əvvəl Avropa Birliyi ölkələrinə Rusiya vətəndaşlarına viza qadağası qoymağa çağırıb ki, bloku giriş imkanı olan hər kəs üçün açıq bir “supermarket”ə çevirməsin. Lakin ABŞ administrasiyası Ukrayna liderinin bu tələbini rədd etdi.