MN ehtiyatda olan polkovnik-leytenantın vəfatı ilə bağlı məlumat yaydı
Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib.
Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir.
"Bu gün mətbuatda polkovnik-leytenant Seymur Ənvər oğlu Zülfüqarovun xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat yayılıb".
Müdafiə Nazirliyindən bildirilib ki, S.Zülfüqarov hərbi xidmətdə deyil, ehtiyata buraxılıb.
Allah rəhmət eləsin!