"Haber Global": "Zəfər 44 günə əldə edildi"

"27 sentyabr 2020-ci il... Ermənistan ordusu Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumları getdikcə artırmağa başlamışdı, təmas xəttindəki yaşayış məntəqələri isə ağır silahlarla atəşə tutulurdu. Bu, səbir kasasını daşdıran son damla oldu. Azərbaycan Ordusu dövlət başçısı İlham Əliyevin əmri ilə bütün cəbhələrdə hücuma keçdi, Prezidentin liderliyi ilə ordu və xalq dəmir yumruq kimi birləşdi".

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilib.

"Azərbaycanlı gənclər cəbhədə canlarını fəda etməyə, analar övladlarını şəhid verməyə hazır idilər. Çünki Qarabağ şərəf məsələsi idi, Vətən demək idi", - deyə müəllif əlavə edib.

Ətraflı süjetdə:

"Haber Global": "Zəfər 44 günə əldə edildi"

"Haber Global": "Zəfər 44 günə əldə edildi"