"Launchmetrics"in açıqladığı dəyərləndirmə sosial mediada ən güclü təsirə sahib gözəllik brendlərini müəyyənləşdirib. Bu təsir Media Impact Value (MIV), yəni postlar, izləyici reaksiyası, paylaşım və şərhlərin maliyyə dəyəri ilə ölçülür.
Lim10.az Valyuta.az-a istinadən sözügedən brendləri təqdim edir:
L’Oréal Paris – zirvədə qalmağa davam edir
Araşdırmanın nəticələrinə görə, "L’Oréal Paris" ardıcıl ikinci il sosial medianın lideri oldu. Brend 2025-ci ildə 1,6 milyard dollar dəyərində MIV formalaşdırıb. Bu isə ötən illə müqayisədə 22% artım deməkdir. Paris Moda Həftəsində Kendall Jenner, Jane Fonda və Cara Delevingne kimi adların iştirakı rəqəmlərə böyük təsir göstərib.
Dior Beauty – real tədbirlərlə təsir
İkinci yerdə 1,2 milyard dollar MIV ilə "Dior Beauty" qərarlaşır. Brend həm yeni səfir Jenna Ortega-nın təqdimatı, həm də Johnny Depp ilə Sauvage pop-upı və "Miss Dior” sərgiləri ilə "real dünya” tədbirlərinə daha çox fokuslanaraq sosial mediada mövqeyini gücləndirib.
Selena Qomesin Rare Beauty markası ilk dəfə TOP-10-da
2025-ci ilin sürprizi isə "Rare Beauty" oldu. Selana Qomesin brendi ilk dəfə siyahıya daxil olaraq 671,5 milyon dollar MIV toplayıb (+18%). Nəticənin yüksəlməsində ən qeyri-adi faktor Meksika ədviyyatı olan Tajín markası ilə əməkdaşlıq – standart makiyaj postlarından iki dəfə çox reaksiya yaradıb.




















