ABŞ və Fransa səfirlərinin İrəvanda bu hərəkətləri Azərbaycanın suverenliyinə hörmət deyil...

Dünya gücləri sayılan ölkələr dünyanın həm də "ağsaqqalları" sayılırlar. Harada bir münaqişə, qarşıdurma yaranırsa Avropa ölkələri və ABŞ bu işdə özlərini məsuliyyətli hesab edir, ya da münaqişədən əvvəl orada mövcud olurlar. Dərhal da bu dünya gücləri həmin münaqişə nöqtəsində hansısa formada "ağsaqqallıq" etməyə başlayır, "haqq-ədaləti bərpa etməyə çalışır", "sülhyaratma cəhdlərində bulunur" və s.

Əslində Azərbaycan xalqının və dünya xalqlarının əksəriyyətinin mentalitetində ağsaqqal obrazı haqq-ədalət mücəssiməsidir. Bu adı o adamlara verirlər ki, o, öz mənafeyinə zidd olsa da, haqq-ədaləti müdafiə edir. Biz də 30 il ABŞ, Fransa və Rusiyanı "ağsaqqal" kimi qəbul etmişdik ki, bu münaqişəni qansız-qadasız, hətta, müəyyən güzəştlərlə həll etsinlər, bu iki xalqı barışdırsınlar. Lakin sonda nələr gördük - "ağsaqqallar" sürüyə təpmiş canavarlarla cütləşmək istəyən köpəklər kimi təcavüzkar Ermənistanı birtərəfli qaydada müdafiə edir. Müxtəlif bəhanələrlə vaxt uzadırdılar ki, bəlkə torpaqlarının işğal edilməsi, əvvəllər olduğu kimi, yenə xalqın yadından çıxacaq və onların oyuncağı olan Ermənistanın əraziləri bir qədər də genişlənəcək, bölgədə zəif mövqeyi bir qədər güclənəcək. Amma onların arzusu sonadək reallaşmadı, Dəmir yumruq öz sözünü gec də olsa dedi. Lakin belə görünur ki, hələ də bu təcavüzkarla cütləşən "ağsaqqallar" hələ də əməllərindən əl cəkməyiblər.

Belə ki, sentyabrın 27-də - şanlı Vətən Müharibəsinin ildönümü günündə Fransanın Ermənistandakı səfiri Olivier Dicotigny sosial şəbəkə hesabında Ermənistanın işğalçı ordusunun və separatçı dəstələrin Qarabag döyüşlərində məhv edilmiş əsgərlərini "ehtiramla" yad edib və onların ailələri ilə birlikdə olduğunu bildirib.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn isə Qarabağın işgaldan azad edilməsi zamanı ölmüş erməni əsgərlərinin məzarlarını ziyarət etməklə onları anıb.

Bu diplomatcıqlara sual edən yoxdur ki, erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var idi ki, Azərbaycan əsgəri də onu vurub gəbərdə idi. Onlar işğalçı ordunun əsgərləri, insanlığa qarşı cinayətkar kimi həqarətlə anılmalıdır. Azərbaycan torpaqları uğrunda döyüşən hər bir erməni əsilli əsgər hər iki xalqın düşmənidir. Çünki bu iki xalqı onların iddiası düşmən edib, hər iki tərəfə çox böyük maddi və mənəvi ziyan dəyib.

Ermənistanın işğalçı ordusunun ölən əsgərlərinin Fransa və ABŞ səfirləri tərəfindən yad edilməsi beynəlxalq hüquq baxımından Azərbaycanın bu ölkələr tərəfindən ərazi bütövlüyünün və suverenliyinin tanınmamasıdır. Fransa və ABŞ diplomatlarının bu addımı öz ölkələrinin beynəlxalq öhdəliklərı, BMT Nizamnaməsi və qətnamələri ilə ciddi ziddiyyət təşkil edir. Əgər ABŞ, Fransa və BMT Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyırsa, üstəlik, BMT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi barədə dörd qətnamə çıxarıbsa, bu ərazilərin işgaldan azad edilməsi zamanı ölən erməni əsgəri ABŞ və Fransa diplomatları tərəfindən nədən mötəbər itki kimi yad edilməlidir?

Beynəlxalq hüquq baxımından diplomatların bu hərəkətləri öz ölkələrinin və BMT-nin mövqeyi ilə ziddiyyət təşkil edir. Ya ABŞ və Fransa bəyan etməlidir ki, işğaldan azad edilmiş ərazilər Ermənistana məxsus olub (bu ağ yalan olardı), ya da ərazilərin işğaldan azad edilməsi zamanı ölən erməni əsgərləri ən azı bu ölkələrin diplomatları tərəfindən mötəbər varlıqlar kimi qəbul edilməməlidir. Bu ABS və Fransanın hadisələrə ikili standartlarla yanaşmasından, ikiüzlü (bəlkə də "çoxüzlü" ifadəsi daha məqbuldur) diplomatiya sürdürməsindən doğan eybəcərliklərdir.

Akif NƏSİRLİ