Qərb Ukraynanı təmas döyüşlərinə hazirlayır

Qərb Ukrayna Silahlı Qüvvələrini sıx təmas döyüşlərinə hazırlayır, - The New York Times

Ukraynaya silah tədarükünü təhlil edən nəşr belə qənaətə gəlib. Belə ki, ABŞ-dan yeni yardım paketində Kiyev minatəmizləmə çarxları ilə təchiz edilmiş 40 zirehli transportyor, həmçinin bir neçə yüz metr atəş məsafəsinə malik daha yüngül haubitsalar və geri çəkilməyən tüfənglər alacaq. Atış məsafəsi 4,5 km-dən çox olmayan raket buraxılış qurğuları var.

ABŞ prezident administrasiyası qeyd edir ki, yeni silahlar Ukrayna ordusunun cənubda hərəkətliliyini artırmalıdır.