Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası oktyabrın 21-də delimitasiya komissiyalarının reqlamentinin ratifikasiyası məsələsini müzakirə edəcək.
Lim10.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Əsas məruzəçi baş nazirin müavini Mher Qriqoryan, həmməruzəçi isə komissiyanın rəhbəri Sarkis Xandanyan olacaq.
Sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsinə (reqlament) ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi avqustun 30-da İrəvan və Bakı arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzaladığını bildirib.
Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. İddia olunur ki, əsasnamə və onun əsasında qəbul olunacaq sənədlər delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacaq.