Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, FHN-in daxili xidmət mayoru, Gəray Elxan oğlu Güliyev Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.

O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.