Benzin hansı ölkədə neçəyə təklif edilir?
Dünyada benzinin qiymətləri: ən bahalı və ən ucuz yanacaq hansı ölkələrdədir
Dünyada benzinin qiyməti ən müxtəlif səbəblərdən hər ölkədə müxtəlif dəyərə malikdir. Bu qiymət ölkənin inkişaf səviyyəsindən, vergi sistemindən, petrol ölkəsi olub-olmamasından, vətəndaşların rifahından, bəzi hallarda, hətta, dövlət quruluşundan və digər səbəblərdən asılı olaraq dəyişir.
Dünyanın ən ucuz benzini Venesuelada təklif edilir - litri cəmi 0,02 dollardır. Bunun bir neçə səbəbi var. Birincisi, Venesuela dünyanın ən böyük neft tədarükçülərindən biridir, ikincisi, ölkənin dövlət subsidiya proqramı var.
Benzinin litri bir dollara qədər qiymətə təklif edilən ölkələr aşağıdakılardır:
- Küveytdə -0,28 dollar;
- İranda 0,36 dollar;
- Bəhreyndə 0,37 dollar;
- Misirdə 0,37 dollar;
- Nigeriyada 0,44 dollar;
- Qazaxıstanda 0.46 dollar;
- Malayziyada 0,46 dollar;
- Haitidə 0,48 dollar;
- Kolumbiya 0,51 dollar;
- Qətər 0,55 dollar;
- Azərbaycan 0,59 dollar;
- Səudiyyə Ərəbistanı 0,63 dollar;
- İndoneziya 0,64 dollar;
- Trinidad və Tobaqo 0,75 dollar;
- Puerto Riko, Rusiya (hər biri) 0,85 dollar;
- BƏƏ 0,87 dollar;
- Argentina 0,88 dollar;
- Çin, Vyetnam (hər biri) 0,91 dollar;
- Braziliya və Peru (hər biri) 0,93 dollar;
Ukraynada benzinin bir litri orta hesabla 1,34 dollardır. Boliviya və Böyük Britaniyada da oxşar qiymətlər müşahidə edilir. ABŞ-da isə benzinin bir litri 1,01 dollardır.
Polşada bir litr benzinin qiyməti 1,47 dollar, Fransa, Macarıstan və Portuqaliyada 1,75 dollar, Almaniyada 1,78 dollar, İtaliyada 1,84 dollardır.
Ən bahalı - iki dollardan yuxarı - benzin Yunanıstanda (2 dollar), İsveçrədə (2,03), Danimarkada (2,09), Hollandiyada (2,14), Norveçdə (2,2), İslandiyada (2,35) , Maltada (2,7), Kiprdə (2,7), Honq Konq (2,95) satılır.
Livanda bir litr benzin orta hesabla 26,27 dollara başa gəlir. Bu rekord qiymət 2019-cu ildən bəri ölkəni bürüyən iqtisadi böhranın nəticəsidir. Dünya Bankı bu ölkədəki vəziyyəti son 150 ildə dünyanın ən pis hallarındən biri adlandırıb. Ölkədə xüsusən dərman, yanacaq və elektrik enerjisi qıtlığı yaşanır.