BMT: İran dini azlıqları təqib etməyi dayandırmalıdır

Birləşmiş Millətlər Təşkilatının bir qrup eksperti İran hökumətinin hakimiyyət orqanlarından dini azlıqlara qarşı təqib və basqıları dayandırmağı və dindən vətəndaşların fundamental hüquqlarını boğmaq üçün alət kimi istifadə etməməyi tələb edib.

Ekspertlər avqustun 22-də dərc edilmiş bəyanatda deyiblər: “Biz əsassız həbslərin artması və bəzi hallarda Bəhai təriqətinin mənsublarının zorla yoxa çıxması, onların əmlakının məhv edilməsi və ya müsadirə olunmasından dərin narahatıq və bütün bunlar sistematik təqib siyasətinin əlamətləridir”.

Bəyanatda vurğulanır ki, bu təzyiqlər tək-tək hallar deyil, hər hansı fərqli dini inanc və ya əməli hədəfə alan daha geniş siyasətin bir hissəsidir, o cümlədən xristianlığı qəbul edənlərə, Qonabadi dərvişlərinə və ateistlərə münasibətdə.

“Beynəlxalq ictimaiyyət İran hakimiyyətinin dini azlıqları və ya müxalif fikirli insanları susdurmaq və onları evlərindən qovmaq üçün casusluq və ya milli təhlükəsizliklə bağlı ittihamlar kimi qeyri-müəyyən ittihamlardan istifadə etməsinə səssiz qala bilməz”,-deyə bəyanatda qeyd edilir.

https://bit.ly/3QHw3ms