Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona ölkənin şərqində NATO-nun dəniz komandanlığı qərargahının yaradılması ilə bağlı rəsmi etiraz bildirilib.

Lim10.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Vaşinqton, Brüssel və Berlin başa düşməlidirlər ki, keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ərazisində NATO-nun hərbi infrastrukturunun genişləndirilməsi mənfi nəticələrə səbəb olacaq və bu, Rusiya tərəfindən cavabsız qalmayacaq", - nazirlikdən bildirilib.