Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter İrəvanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, XİN rəhbəri Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri vurğulayıb və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində son müzakirələrə toxunub.
"Bu kontekstdə nazir Mirzoyan Ermənistanın regionda sabit sülhə nail olmaqda maraqlı olduğunu vurğulayıb və əlavə edib ki, bu məsələ onun Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazır olmasında açıq şəkildə əksini tapır" , - məlumatda qeyd edilir.