Slovakiya Prezidenti Peter Pelleqrini bir neçə gündən sonra Azərbaycana səfər edəcək və burada Prezident İlham Əliyevlə respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi imkanlarını müzakirə edəcək.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyada səfərdə olan Slovakiya dövlətinin başçısı məlumat verib.
"Mən bir neçə gündən sonra Azərbaycana gedəcəyəm, orada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüm olacaq. Mən Slovakiyanın enerji təhlükəsizliyini təmin etmək üçün bir yol tapmaqda maraqlı olduğunu təsdiq etmək istəyirəm", - deyə Pelleqrini bildirib.
Dövlət başçısı Bakıya gözlənilən səfərini Almaniya kansleri Olaf Şoltsla müzakirə etdiyini deyib.