Özbəkistanda parlament seçkisndə seçici fəallığı tələb olunan həddi keçərək 47.62%-ə çatıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş sayılması üçün tələb olunan 33%-lik həddi keçib.
Özbəkistanda parlamentin qanunvericilik (aşağı) palatasına və yerli xalq deputatları şuralarına seçki keçirilir.
Lim10.az TASS-a istinadən xəbər verir ki, seçki qabaqcıl demokratik standartlara uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında təşkil olunub.
Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir.
Bundan əlavə, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Namizəd seçki dairəsi üzrə digər namizədlərdən daha çox səs topladıqda, seçilmiş sayılır və təkrar səsverməyə ehtiyac yoxdur.
Seçki ilk dəfədir ki, qarışıq seçki sistemindən - majoritar və proporsional sistemlə keçirilir. 150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında, qalan 75-i isə siyasi partiyalara verilən səslərin sayına mütənasib olaraq partiya siyahıları üzrə seçiləcək.
MSK-nın məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb. Yalnız siyasi partiyaların namizəd irəli sürmək hüququ var.
Seçkidə 1 000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir.