Türkiyə və Suriya hökuməti dialoqun bərpasına ciddi maraq göstərir. Rusiya bu danışıqların yenidən başlanmasına fəal şəkildə töhfə verəcək.
Lim10.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində deyib.
Rusiyalı nazir qeyd edib ki, Dəməşq və Ankaranın mövqelərində əvvəllər aşkar edilmiş fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub.
"Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi kontingentinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul etmək lazımdır. Türkiyədə, prinsipcə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyirlər, lakin öz ordusunun ölkədən getməsi məsələsinə daha sonra qayıtmağı təklif edirlər", - deyə rusiyalı diplomat vurğulayıb.
S.Lavrov, həmçinin vurğulayıb ki, Suriya-Türkiyə arasında münasibətlərin normallaşması Suriyadakı vəziyyətin sabitləşməsi və Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.