Şotlandiyanın Qlazqo şəhərində nəşr olunan "Collins" lüğəti 2024-cü ilin sözünü "brat" elan edib.
Lim10.az xəbər verir ki, bu barədə lüğətin saytında məlumat verilib.
Qeyd olunur ki, bu söz 2024-cü ildə yeni məna qazanıb və hər hansı bir şeyə qarşı özünəinamlı, müstəqil və hedonist münasibətlə xarakterizə olunan mənasını verir. "Brat" sözü müğənni Charli XCX-in albomu sayəsində bu ilin ən populyar sözlərindən birinə çevrilib.
"Bu, sadəcə uğurlu albom deyil, bu, bütün dünyada insanların rəğbətini qazanan mədəni fenomendir və "brat summer" estetika və həyat tərzinə çevrilib", - deyə lüğətin tərtibçiləri qeyd ediblər.