ABŞ-nin "Disney" media korporasiyasının keçmiş əməkdaşı, 59 yaşlı Buhalem Buçiba uşaqlara qarşı cinsi təcavüzə görə həbs edilib.
Bu barədə Lim10.az "Welt" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Buçiba cinayətləri internet üzərindən törədib. O, internet vasitəsilə Filippində uşaqların təcavüzünə sifariş verib, bundan sonra isə baş verənləri canlı izləyib.
Hər şey 2012-2021-ci illər arasında olub. Buhalem Buçiba bu cinayətlərə 50 min avroya qədər pul xərcləyib. Onun cinayətlərinin qurbanları isə 5-10 yaşlarında uşaqlar olub.
Lakin indi o, etdiyi əməllərin cəzasını alacaq. Paris məhkəməsi onu dəfələrlə təcavüzdə iştirak, eləcə də digər cinsi xarakterli cinayətlərdə təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, Buçiba qurbanlara təzminat ödəməli olacaq və uşaqlarla əlaqəli hər hansı bir fəaliyyətlə məşğul olmaq hüququnu itirəcək.
Qeyd edilir ki, Buçiba keçmişdə "Pixar" və "Disney" animasiya studiyalarında qrafik dizayneri olub. O, uşaq blokbasterləri, o cümlədən "Ratatuy" cizgi filmi üzərində işləyib.