Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək.

APA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə Prezident Məsud Pezeşkian rəhbərlik edəcək.

İranın Azərbaycandakı səfirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək keçiriləcək.