ABŞ-də prezident seçkisi keçirilir

ABŞ-də 60-cı prezident seçkisi başlayıb.

Əsas səsvermə bu günə - noyabrın 5-nə təyin edilib.

Bu barədə Lim10.az İnterfaks.ru-ya istinadən xəbər verir.

Məlumata görə, ilk seçki məntəqələri Vermont ştatında yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtı ilə 14:00) açılıb.

Men, Nyu-Cersi, Nyu-York və Virciniya kimi ştatlardakı seçki məntəqələri seçiciləri səhər saat 6:00-dan (Bakı vaxtı ilə 15:00) qəbul edəcək. ABŞ-nin paytaxtı Vaşinqtonda isə səsvermə saat 7:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

Vaşinqton ştatında və Alyaskada məntəqələr saat 11:00-da (Bakı vaxtı ilə 20:00), Havayda isə 12:00-da (Bakı vaxtı ilə 21:00) açılacaq.

ABŞ-də 60-cı prezident seçkisi başlayacaq.

Əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.

Bu barədə Lim10.az Interfax.ru-ya istinadən xəbər verir.

Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparırlar.

Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokratlardan bu vəzifəyə Minnesota ştatının qubernatoru Tim Uolz, Respublikaçılar Partiyasından isə Ohayo ştatının senatoru Cey Di Vens namizəddir.

Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar.

Noyabrın 5-də, həmçinin prezident seçkisi ilə yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri və ABŞ Senatı üzvlərinin üçdəbiri üçün seçkilər keçiriləcək.