Salyanda səkkizinci sinif şagirdinin dəhşətli ölümünün TƏFƏRRÜATI

Dünən təfərrüatı məlum olub.

"Qafqazinfo" xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2001-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.

Belə ki, ilkin araşdırmalar zamanı yeniyetmənin dünən saat 13 radələrində təhsil aldığı məktəbdən evə gəlməsi və bir qədər sonra evin arxa hissəsində yerləşən yelləncəyin ağacdan asılmış kəndirini açmaq üçün ora getdiyi məlum olub.

Bu zaman Ə.Səlimovun ayağının altındakı stul tərpənib və kəndirin düyünlənmiş hissəsi onun boğazına keçib. Ə.Səlimov köməksiz vəziyyətdə qalaraq boğularaq ölüb.

8-ci sinif şagirdi olan Ə.Səlimovun meyiti dünən saat 15 radələrində qonşuları tərəfindən aşkar edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.