Saleh Mehdiyev: “Yerli mədəniyyət bizim emosional kodumuzdur”

SAB brendi yalnız keyfiyyətli məhsulları ilə deyil, həm də istehlakçı ilə qurduğu emosional bağla fərqlənir. “Zəhmət-Ruzi” MMC-nin marketinq şöbəsinin rəhbəri Saleh Mehdiyev brendin uğur strategiyası, liderlik yanaşması və müasir marketinq trendləri haqqında fikirlərini bölüşür.
“Biz məhsul satmırıq - biz dəyərləri paylaşırıq”
SAB brendinin marketinq komandası üçün əsas məqsəd yalnız tanıtım deyil, ailə dəyərlərini, etibarı və yerli dad ənənələrini qorumaqdır.
“Bizim missiyamız istehlakçını sadəcə müştəri kimi deyil, ailəmizin bir parçası kimi görməkdir. Hər kampaniyamızda “Sizin Ailə Brendiniz” fəlsəfəsini yaşadırıq,” - deyə Saleh Mehdiyev bildirir.
“Uğurlu brend - insanın yaddaşında iz qoyandır”
SAB üçün marketinq, həm elm, həm də incəsənətdir. - “Bizim üçün uğurlu kampaniya o zaman uğurludur ki, insan onu gördükdən sonra təbəssüm etsin və yadda saxlasın. Marketinq elmi analiz üzərində qurulsa da, onu dəyərləndirən hisslərdir. Rəqəmləri bilmək vacibdir, amma o rəqəmlərin arxasında insan dayanır,” - deyə Mehdiyev vurğulayır.
“Yerli mədəniyyət bizim emosional kodumuzdur”
SAB brendinin kommunikasiya strategiyası qlobal trendləri izləsə də, yerli mədəniyyətə söykənir.
“Azərbaycan ailələrinin ləhcəsi, zarafatı, süfrə mədəniyyəti bütün bunlar bizim mesajlarımızın ruhunu formalaşdırır. Biz insanların özünü tapdığı bir brend olmaq istəyirik,” - deyə Mehdiyev əlavə edir.
“Şəffaflıq etimadın əsasını qoyur”
Müasir dövrdə brendin dəyəri təkcə məhsul keyfiyyəti ilə ölçülmür, həm də onun şəffaf və dürüst münasibəti ilə müəyyənləşir.
“İstehlakçı dürüstlüyə dəyər verir. Əgər problem varsa, biz onu gizlətmirik izah edirik, həll edirik və nəticəni göstəririk. Bu, etibarın yeganə yoludur,” - deyə “Zəhmət-Ruzi” MMC-nin nümayəndəsi qeyd edir.
“Biz ailələrin süfrəsində böyüyən brendik”
SAB brendi üçün “ailə” anlayışı təkcə sloqan deyil, gündəlik fəaliyyətin fəlsəfəsidir. “Əgər bir ailə illərlə bizim məhsulu seçirsə, deməli biz təkcə bazarda deyil, insanların qəlbində də yer almışıq. Biz ailələrin süfrəsində böyüyən və nəsildən-nəsilə keçən bir dəyər olmaq istəyirik,” - deyə Saleh Mehdiyev müsahibəsini yekunlaşdırır.
SAB brendi haqqında.
«Zəhmət-Ruzi» MMC, Azərbaycanın ət və süd məhsulları istehsal edən aparıcı şirkətlərindən biridir. Ölkədə halal kolbasa istehsalını «SAB Azərbaycan» markası ilə təşkil edən ilk şirkət olmuşdur və “Sizin Ailə Brendiniz” sloqanı ilə tanınan milli brenddir. Brendin məqsədi Azərbaycan istehlakçısına təbii, halal və keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, ailə dəyərlərini və yerli ənənələri qorumaqdır.


















