Ağır yanıq xəsarətləri alan Aişənin dəstəyə ehtiyacı var

Üç yaşlı Aişənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Gülşən Qədirova məlumat verib.

O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən ağır bədən xəsarətləri alıb:

"Aişənin üç yaşı var. Bir müddət əvvəl o, qaynar samovarı üzərinə aşırıb. Hadisə nəticəsində onun qolları və qarın hissəsi ağır şəkildə yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıq. Hazırda evimizə çıxmışıq. Evə çıxdıqdan sonra müalicələrimizi sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik. Hazırda nə dərmanlarını, nə də mazlarını ala bilirik. Mazları istifadə etmədikcə yaraları açılır və şiddətli ağrı verir. Bunun üçün bizim 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 614-80-71.

Uni Bank: 5243 7544 4054 5614.