"Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmalı, qabaqlayıcı tədbirlər görülməlidir".
Lim10.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin bugünkü plenar iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, məişət zorakılığının qarşısını almaq üçün sosial iş institutu daha da genişləndirilməlidir:
"Diqqəti kəndlərdəki məktəblərdə psixoloq sayının az olması ilə bağlı məsələyə yönəltmək istəyirəm. Təklif edirəm ki, məktəblərdə çalışmaq istəyən psixoloqların sayının artırılması üçün müəyyən stimullaşdırıcı tədbirlər görülsün. Fikrimcə, bu da həmin sahəyə olan marağı artıracaq və problemin həllinə müəyyən dərəcədə öz müsbət təsirini göstərəcək".