"Ginnesin rekordlar kitabı"na düşən BAYRAĞIMIZIN MEYDANI

Bu gün Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanında və Dövlət Bayrağı Muzeyində olub.

Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb.

Muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənir.

Muzey 6 sərgi salonundan ibarətdir. Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər qalereyası" adlı ekspozisiya, həmçinin qalereyada Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.

PhotoStock.az yeni açılan Zəfər parkından fotoreportaj hazırlayıb:

Daha çox foto burada: PhotoStock.Az