Bakıdan Xaçmaza qonaq gedən qadın dəm qazından öldü

Xaçmazda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Report"un məlumatına görə, şəhərin Rəşid Behbudov küçəsində, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Nuranə Arif qızı Şıxəliyeva qonaq gəldiyi evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.