Gürcüstan sakinləri ən çox hansı ölkələrə səyahət edirlər?

Gürcüstan sakinlərinin xarici ölkələrə səfərləri azalıb.

Lim10.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə ölkənin statistika idarəsi "Sakstat" məlumat yayıb.

Qeyd olunur ki, üçüncü rübdə ölkədən 758,9 min nəfər səfərə çıxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% azdır. Bu səfərlərdən 402,1 mini turist səfəri olub.

Səyahət edənlərin əksəriyyəti (44,4%) 31-50 yaş arasındadır. Səfərlərin ən ümumi məqsədi (32%) dostları/qohumları ziyarət etmək olub.

Gürcülərin əksəriyyəti Rusiyaya (237,4 min ziyarət) və Türkiyəyə (119 min) səfər edib.

Ümumilikdə, rezidentlər xaricdə 675,9 milyon lari (248,5 milyon dollar) xərcləyib ki, bu da ötən ilin göstəricilərindən 14,1% çoxdur. Səfərin orta qiyməti 22,5% artaraq 1120,8 lariyə (412 dollar) çatıb.