ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Uinston Çörçilin büstünü dörd ildən sonra Ağ Evə qaytarmağı planlaşdırır.
Bu barədə Lim10.az "Daily Mail"ə istinadən xəbər verir.
"Onun görəcəyi ilk işlərdən biri hörmət əlaməti olaraq Çörçili Oval kabinetə qaytarmaq olacaq", - deyə nəşr bildirib.
Jurnalistlərin yazdığı kimi, Tramp Çörçilə tarixin ən böyük lideri kimi hörmət edir.
Materialda vurğulanır ki, Çörçillin büstü 1965-ci ildən 2009-cu ilə qədər Oval kabinetdə fəxri yer tutub. Bu tarixdən sonra prezident Barak Obama onu vətəndaş hüquqları hərəkatının liderlərindən biri Martin Lüter Kinqin büstü ilə əvəz edib.