Cənubi Koreyanın LG şirkəti dünyanın ilk dartıla bilən displeyini təqdim edib.
Lim10.az xəbər verir ki, bu barədə məlumatı championat.com yayıb.
Məlumata görə, displeyin ölçüsünü dartmaqla 1.5 dəfə artırmaq mümkündür.
Elastik 12 düymlük displey, kontakt linzalarda istifadə olunan xüsusi silikondan hazırlanıb və bu sayədə ekranı 18 düymədək uzatmaq olur.
Bu cür displeylərin əyri səthlərdə, məsələn, avtomobillərdə və ya portativ qurğularda, həmçinin dəb sənayesində istifadə edilə biləcəyi gözlənilir.