Hindistanlı fermer Sanjay Poların ailəsi "dəhşətli faciə" ilə üzləşib. Ailə vaxtsız "dünyasını dəyişmiş" dostları ilə vidalaşmaq üçün dərin bir məzar qazıb, çoxlu sayda gül-çiçək toplayıb. Yüzlərlə qohum, dost, tanış, iş yoldaşları və qonşular vida mərasiminə qatılıblar.
Söhbət uzun illər ailəyə xidmət etmiş "Suzuki Wagon R" avtomobilindən gedir.
Lim10.az xəbər verir ki, bu barədə məlumatı "Need to Know" yayıb.
Məlumata görə, avtomobilin itirilməsi ilə yas tutan ailə böyük bir dəfn mərasimi təşkil edib. Mərasimdə 1 500 nəfər iştirak edib. "Suzuki Wagon R" onlara 12 il xidmət göstərib.
Fermer mərasim üçün böyük məbləğdə pul xərcləyib.