Azərbaycan mediasını hara aparırıq - Qərbə, yoxsa Şərqə?
Mütiləşmiş media siyasəti
Son 20 ildə Azərbaycan mediasını Rusiyanın 5-ci kalonunun üzvləri idarə edib desək, ynılmarıq. Çünki Əli Həsənov-Vüqar Səfərli cütlüyünün sözügedən camiyəyə aid olduğu heç kimə sirr deyil. Onların xələfi olan yeni komanda isə heç nəyi dəyişmədən, həmin siyasəti daha eybəcər formada həyata keçirir.
Məsələn, Vüqar Səfərli bayram günlərində jurnalistlərin bir qrupuna qonalıq verib, 100 nəfər əvəzinə 500 nəfər yazır, 400 nəfərin payın yeyirdisə, bunlar heç kimi qonaqlamadan 1000 nəfərin qonaqlıq xərcini silərək, qoyurlar ciblərinə. Sələfləri "sumka almaq" "dəftərxana ləvazimatı" adı altında pul silirdisə, indiki komanda pulu sumka ilə silir. Guya Azərbaycn jurnalistlərinə dərs keçirlər ki, Qətər Krallığının "Əl-Cəzirə" televizyasi kimi müstəil, nüfuzlu olsun, vicdanlı xəbər yaysın. Amma çox gözəl anlayırlar ki, "Əl-Cazirə" olmaq üçün nə lazımdır. Hə bunların "Əl-Cəzirə" yaratmaq fikirləri də yoxdur.
Bir təzadlı məqamı da vurğulayim, görün nə günə qalmışıq ki, Azərbaycan Respublikası Qətər Kralliğının jurnalistlərinin təcrübəsinə möhtacdır. Bunu mən yox, Əhməd İsmayılov iddia edir.
Qayıdaq mətləbə, Vüqar Səfərli Mətbuat Gününu qeyd etmək üçün jurnalistləri hər hansı bir şadlı sarayında bir araya toplayırdısa, xələfləri bu tədbiri bulvarda, açıq havada, ayaqüstü formada keçirir ki, xərci çıxmsın. Amma sənədlərə nəzər yetirdikdə bu ayaqüstü tədbirə öz sələfindən bir neçə dəfə artıq pul silindiyinin şahidi olarıq.
İkinci bir tərəfdən, yola salınan komandanın keçirdiyi müsabiələrdə heç olmasa bəzi hallarda yaradıcılıq qabiliyyəti nəzərə alınırdı. Yəni "aşqarası" kimi olsa da, reallıği yazan media orqanlarına layihələr verilir, onların da əməkdaşları yazı müsabiqələrinin qalibi olurdu. Hazırda isə Əhməd İsmayılov mümkun qədər jurnalist yazıları müsabiələrindən qaçır, çünki bunun üçün real xərc tələb edilir. Ən azı jurnalistə mükafat vermək lazım gəlir. Yeni komandanın isə jurnalistə verilən pula heyfi gəlir. Keçrilən layihə müsabilələrdə isə birincisi, elə şərtlər qoyulur ki, Azərbaycan reallığında həmin şərtləri yerinə yetirən redaksiya yardım alana qədər müflisləşır. Məsələn, müsabiqədə iştirak etmək istəyən qəzet 3 il mütəmadi nəşr edildiyini və hər nəşrdə 1500 tirajla çıxdığını sübut etməlidir. Bu şərtləri isə yalnız birmənalı olaraq, MEDİA Agentliyinə trollu etmək missiyasını boynun götürmüş media orqanları "yerinə yetirə bilir və qalib elan edilir". Yəni əvvəlcədən seçilmiş media kontingentinə alternativ media orqanının daxil olmsı faktiki olaraq mümkun deyil. MEDİA Agentliyinin seçdiyi media kontingentinin burxdığı qəzetlərdə isə birmənalı olaraq Azərbaycan oxucusu oxumağa heç nə tapmır. Lakin çox azsaylıb bəzi saytlar müəyyən hallarda "ayağıni xəttdən kənara qoya bilir".
MEDİA Agentliyinin maliyyələşdirdiyi bütün qəzetlərin tirajı saxtalaşdırılır. Azərbaycanda yalnız "Müsavat" qəzeti ola bilsin ki, gündəlik 1500 tirajla çıxmaq şərtini ödəsin, hələ ona da şübhəm var. Yerdə qalan bütün qəzetlər heç hər nömrədə 1000 tirajla da çıxmır. Çünki alıcısı yoxdur, stışa verilən qəzetlər 100% geri qayıdır. Ona görə də redaksiyalar mayası 20 qəpiyə qəzet çap edib, sonra onu kilosun 20 qəpiyə "maklatura" kağızı kimi satmaqdansa, çap sexi ilə iş birliyinə gedib, qəzet tirajını "pripiska" edərək şişirdirlər. Bu əməliyyətı zatən sübut etmək də mümkün deyil. Bu işə girişsəkər dərhal qəzetlər haray-həşir qoparacaq ki, işimizə qeyri-qanuni müdaxilə edirlər, "biz axı müstəqil mediayiq".
Nəticədə, dövlətin maliyyələşdirdiyi Azərbaycan mediası mütiləşdirilib. Media plastilin xassəsi alıb, hökumət arzusuna uyğun olaraq ondan "şir" də düzəldə bilir, "pişik" də. Yəni eynən Rusiyada və onun kursunu davam etdirən postsovet ölkələrindəki kimi...
Dövlət maliyyəsindən kənarda qalan media isə bacardıği qədər mətbuatda yaranan boşluğu doldurmağa çalışsa da təhdid və hədələrlə qarşılaşır. Məsələn, bu yaxınlarda MEDİA Agentliyinin rəhbəri Əhməd İsmayılov bəyan etdi ki, Agentliyin reyisterində qeydiyyatdan keçməyən media qurumlarının bağlanmasi üçün məhkəməyə müraciət edəcək. Qeydiyyat üçün müraciət edənlərin arasından isə kim Agentliyin müəyyən etdiyi, qeyri-müəyyən "kriteryalara uyğun gəlmirsə" qeydə alınmır. Bu o deməkdir ki, MEDİA Agentliyi Azərbaycanda "mətbuat və informasiya nazirliyi" səviyyəsində media məkanını tam nəzarətə götürmək, onları ağlına gələn formada süzgəcdən keçirmək, həmin süzgəcdən keçməyənləri isə sıradan çıxarmaq fikrindədir.
Bəs Azərbaycanın inkişaf strategiyasının vektoru rəsmən hansı istiqamətə yönəlib?
Azərbaycanın milli inkişaf strategiyasında rəsmən göstərilir ki, Azərbaycanın strateji inkişaf hədəfi Avropaya inteqrasiyadir. Hökumətin apardığı siyasətin bazisi (iqtisadi siyasət) əsasən bu strateji hədəfi təmin etməkdədir. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 85%-i, idxalının 50%-dən çoxu, ixracatının isə 52%-i Avropa ölkələrinin payına düşür. Ötən il bağlanilan qaz ixracının 2 dəfə artırilmsı, Avropaya elektrik enerjisinin ixracı müqvilələrinin reallaşması nəticəsində qarşıdakı 2 il ərzində ölkə ixracatında Avropa ölkələrinin payı 80%-i öləcək. Bununla yanaşı, Azərbaycan ötən il 4 milyon ton Qazxıstanın xam neftini tranzit ölkə kimi, BTQ dəmiryolu vasitəsi ilə Avropaya ötürüb. Cari ildə bu həcmin 6,5 milyon tona, qarşıdakı 5 il ərzində isə 15 milyon tona çtdırılmasi nəzərdə tutulur.
Neft ixracı baxımından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) nəqletmə gücünün artırılmasına Türkmənistan da maraq göstərir.
Bununla yanaşı, Azərbaycan Avropadan yaşil energi avadanlıqlari idxal etməklə karbon emisiyyasını 2050-ci ilə qədər 50% azaltmaq öhtəliyi götürub ki, bu da ölkənini Avropadan idxalının genişlənməsinə böyük töhfə verəcək. Yalnız ərzaq buğdası asılılığına gorə Rusiyanın ölkəmizin idxalinda payı 20%-ə çatir. Bunun isə aradan qldırılması üçün hökumət yerli istehsalı dəstəkləməyi hədəfləyir.
Bundan əlavə, son 20 ildə istifadəyə verilən, ölkə iqtisadiyyatının "şah damarları" sayılan Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tiblisi-Qarz qaz kəməri və Bakı-Axalkalaki-Ərzurum dəmir yolu xətti Rusiyaya deyil, Avropaya yönəlib.
O ki qaldı "Qarabağ probleminin açarı Rusiyadadır" deyənlərə, onların yanıldığı artıq 44 günlük müharibədə parlaq şəkildə sübut edildi. Üstəgəl, məsələnin diplomatik həllində Avropa ittifaqının birmənalı olaraq, məsələni Azərbaycanin ərazibütövlüyü çərçivəsində həllini təklif etməsi, Rusiyanın "tazıya tut, dovşana qaç deməsi" təkliflərini kölgədə qoyur.
Bütün bunlar isə onu deməyə əsas verir ki, istəsək də, istəməsək də, bizim yalnız iqtisadi siyasətimiz deyil, həmdə dövləti siyasi maraqlarımız Avropa ilə bir yerdə olmaği diktə edir.
Elə isə Avropa Azərbaycan mediası haqqında nə düşünür?
Avropanın Azərbaycan mediası üçün ən zərərli saydığı məsələ ötən il qəbul edilən "Media haqqında" Azərbaycan Respublikasının qanunudur.
Məsələn, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ Azərbaycanda azad və müstəqil jurnalistikaya mühüm əhəmiyyət verir. Onun sözlərinə görə, Azərbaycanda qüvvəyə minmiş “Media haqqında” qanun Aİ və Azərbaycan hakimiyyəti arasında müzakirə mövzusuna çevrilib. P.Mixalko vurğulayıb ki, müzakirələr zamanı yeniliklərin jurnalistlərin fəaliyyətinə mənfi təsirinin olmamasının vacibliyi qeyd olunub. Yəni rəsmi Aİ nümayəndəsi açıq şəkildə vurğulayır ki, MEDİA Agentliyi tərəfindən hazırlanan qanun müstəqil jurnalistlərin fəaliyyətinə mane olacaq, söz azadlığıni bir qədər də məhdudlaşdıracaq.
Bununla yanaşı, hələ ötən ilin iyun ayında - "Media haqqında" qanun məhdud çevirədə müzakirəyə çıxarılan zaman Avropa Şurası ynında Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyi açıqlanıb.
“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir,” - Venesiya Komissiyasının açıqladığı sənəddə bildirilir.
Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiqini qəbuledilməz saydığını bildirib.
Komissiya “Media haqqında” qanunla bağlı təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır.
- Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;
- Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; -akkreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;
-məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;
- jurnalist qaynaqlarının qorunması ilə bağlı müddəaları dəyişdirmək;
- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;
- çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;
Venesiya Komissiyası qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Komissiya qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanır.
Buyurun, indi isə Əhməd İsmayılov desin, dövlət başçısınin apardığı siyasətlə Azərbaycan mediasının inkişaf hədəflərı adekvatdırmı?
Akif Nəsirli