İsrailin Beyrutun mərkəzi və qərbinə endirdiyi hava hücumları nəticəsində azı 6 nəfər ölüb, 36 nəfər yaralanıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi rəsmi "Facebook" hesabında məlumat verib.
Qeyd olunur ki, İsrailin Rəs əl-Nəbaa bölgəsinə (Beyrutun mərkəzində) hücumu nəticəsində biri qadın olmaqla dörd nəfərin ölümü, 14 nəfərin, o cümlədən iki uşağın yaralanması ilə nəticələnib. Bundan əvvəl hava zərbəsi nəticəsində "Hizbullah" təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif və daha dörd nəfərin həlak olduğu bildirilirdi. Yaralıların dəqiq sayı barədə məlumat verilməyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Beyrutun qərbindəki Mar İlyas və Karakol-Druz bölgələrinə hücumu nəticəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.