İlon Mask: "Avropa ölür"

"Avropa ölür".

Lim10.az xəbər verir ki, amerikalı iş adamı, milyarder İlon Mask özünün "X" sosial şəbəkəsində Avropa İttifaqına üzv olan ölkələrdə doğum səviyyəsinin aşağı olması ilə bağlı məlumatı bu sözlərlə şərh edib.

Statistikaya görə, ən kiçik doğum əmsalı İspaniyada qeydə alınıb - 1,16, İtaliyada bu əmsal 1,24, Polşada 1,29 təşkil. Ən yüksək göstərici Fransa və Rumıniyada qeydə alınıb - müvafiq olaraq 1,79 və 1,71.