Husilər Təl-Əviv və Aşkelona zərbə endiriblər

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsraildə Təl-Əvivin Yaffa bölgəsində və Aşkelon şəhərindəki hədəflərə zərbələr endirib.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

"Hava qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Yaffa və Aşkelon bölgələrində İsrailin bir sıra mühüm obyektlərinə zərbələr endirərək hərbi əməliyyat keçirib", - üsyançılara aid "Telegram" kanalında yayılan bəyanatda deyilir.