Qərb ölkələrinin bir qismi Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib, lakin bunu açıq şəkildə elan etməyib.
Lim10.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
"ABŞ Rusiya ərazisinin 300 km dərinliyinə öz silahları ilə zərbələrə icazə vermək barədə mühüm qərar qəbul edib. Aİ-də bu, milli səlahiyyətdir. Aİ ölkələrinin bir qismi artıq bunu edib, digərləri məhdudiyyətləri bu barədə danışmadan ləğv edib, üçüncülər isə susub", - deyə siyasətçi bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bundan sonra da uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə aviahücumlara razılaşıblar.