Ermənistan Daxili İşlər Nazirliyinə bu qurumda müavin vəzifəsində çalışan Arpine Sarkisyan rəhbərlik edəcək. O, bu yaxınlarda istefa verən Vaqe Kazaryanı əvəz edəcək.
Lim10.az-ın Ermənistan mediasına istinadla verdiyi məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkədə məlumat verib.
"Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini vəzifəsində çalışan Arpine Sarkisyan nazir təyin ediləcək", - deyə o yazıb.
Qeyd edək ki, Sarkisyan 2022-ci ilin yanvarında nazir müavini təyin edilib. Bundan əvvəl Sarkisyan Ədliyyə Nazirliyinin Cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı departamentinin rəisi vəzifəsində çalışıb.
Sarkisyan qərbpərəst qanadla əlaqələri, həmçinin ABŞ-nin Ermənistandakı səfirliyi ilə sıx təmasları ilə tanınır.
Xatırladaq ki, noyabrın 17-də axşam saatlarında Ermənistan KİV-də ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan və daxili işlər naziri Vahe Kazaryanın istefası ilə bağlı . Sonradan məlum oldu ki, Ermənistan baş naziri Nikol Paşinyan məmurları işdən çıxarılmaları barədə qərarını .