Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın daxilinə Böyük Britaniyanın "Storm Shadow" qanadlı raketlərini atıb.
Lim10.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi bildirib ki, Britaniya hökuməti müvafiq icazəni Şimali Koreya qoşunlarının cəbhə xəttinə yaxın ərazidə yerləşdirməsinə cavab olaraq verib və London bunu eskalasiyaya doğru addım kimi qiymətləndirib.
Daha sonra "The Telegraph" nəşri Kursk vilayətinin Maryino kəndi yaxınlığında "Storm Shadow"un qalıqlarını aşkar edən şahidlərə istinadən Böyük Britaniya raketlərinin istifadəsi ilə bağlı məlumatı təsdiqləyib.