"Rusiya özünə qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malikdir".
Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
O bildirib ki, Rusiya eskalasiyaya qətiyyətli və güzgü effekti ilə cavab verəcək.
Dövlət başçısının sözlərinə görə, ABŞ münaqişəni qızışdırmaqla səhvə yol verir və Rusiyanın sonrakı addımları qarşı tərəfin hərəkətlərindən asılı olacaq.