İndoneziyada Dukono vulkanı püsküməyə başlayıb

İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və kül sütunu 3 min metr hündürlüyə qalxıb.

Lim10.az xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ölkənin fövqəladə hallar xidmətləri dəniz səviyyəsindən 1335 m yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb. Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən əraziyə getməməyə və açıq havada olarkən maska taxmağa çağırıb. Bu, tənəffüs yollarını vulkanik küldən qorumaq üçün lazımdır.

Xatırladaq ki, səhər saatlarında ölkə hakimiyyəti Sivu adasındakı Karanqetanq vulkanında aktivliyin artması barədə xəbərdarlıq edib.