Paşinyan Putinin baş konsulluq planını da "yerə sürtür"...

Sədrəddin Soltan: "Rusiyanın Qafanda konsulluq açaraq bölgəyə daha yaxından nəzarət etməsi rəsmi İrəvanın maraqlarına uyğun gəlmir"

Aylardır ki, Rusiya ilə Ermənistan arasında Qafanda baş konsulluğun açılması barədə müzakirələr gedir. Amma konsulluğun acilması barədə yekun qərar qəbul edilə bilmir.

Rusiyanın Qafanda konsulluğunun açılması məsələsi Ermənistan hakimiyyəti ilə prinsipial olaraq razılaşdırılıb.
 Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 27-də keçirilən həftəlik mətbuat konfransında bildirib.
 Baş konsulluğun açılması prosesini şərh edən Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi artıq müvafiq sənədləri göndərdiyi üçün Rusiya tərəfi hazırda Ermənistan tərəfdən yekun cavab gözləyir.
 Rusiya Qafanda baş konsulluğunun açılmasında aylardır israr edir, Ermənistan isə vaxtı uzadır. Tərəflərin hədəfi nədir? Rusiya niyə buna ciddi cəhd edir, Ermənistan isə nədən uzadır?
 Baki-xeber.com-un sualını cavablandiran siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Rusiya Qafanda baş konsulluq açmaq niyyətini bu ilin ortalarinda bəyan edib: "Lakin hələ də konsulluğun məkanı, ünvanı və binası barədə açıqlama verilməyib. Bunun bir neçə səbəbi ola bilər.
 Birincisi, Qafan Azərbaycanla sərhəddə yerləsir. Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti qurulana qədər bu ərazi Azərbaycana məxsus olub. Qafana yaxın ərazidən kecən Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işləri hələ başa çatmadığından, bu yer mübahisəli ərazi sayılir. Ola bilsin ki, bu səbəbdən rəsmi İrəvan Qafanda Rusiya diplomatik missiyasının açılmasını yubadır.
 İkincisi, bu, ola bilər ki, Ermənistanın Rusiyaya qarşı siyasi-diplomatik jestidir. Yəni Ermənistan Rusiyanın ölkə ərazisində daha sıx diplomatik missiyasının olmasını istəmir. Çunki həmin bölgədə Rusiya vətəndaşı yaşamır, o üzdən də konsulluğunun fəaliyyəti üçün heç bir əsas yoxdur. Ona görə də rəsmi İrəvan buna zərurət duymur.
 Üçüncüsü, bu ərazi Zəngəzur yoluna yaxın olduğundan burada Ermənistan Rusiyanın diplomatik missiyasının olmasıni arzulamır.
 Dördünçüsü, bu ərazi həm də İrana yaxındır. Konsulluq açılacağı halda İrandan gələn yüklərin Rusiya diplomatları tərəfindən müşahidə olunması imkanları yarana bilər. Bu səbəbdən də Ermənistan həmin ərazidə Rusiya diplomatik missiyasının açılmasını istəmir.
 Ən nəhayət, həmin bölgədə Avropa Şurasının mülki müşahidə missiyası yerləşir. Ermənistan üçün bu baxımdan da Rusiya diplomatik missiyasının bu bölgədə olması arzuolunan deyil.
 Bütün hallarda Ermənistan Qafanda Rusiya konsulluğunu açmaq - bölgəyə Rusiyanı buraxmaq istəmir.
 Nəzərə almaq lazımdır ki, 2025-ci ildə Ermənistanla İran arasındakı sərhəd-keçid məntəqəsindən rus sərhədçiləri çıxarılacaq. Yəni regionda Rusiya qüvvələri azalacaq. Başqa sözlə desək, Rusiyanın Qafanda konsulluq açaraq bölgəyə daha yaxından nəzarət etməsi rəsmi İrəvanın maraqlarına uyğun gəlmir".
Dəniz NƏSİRLİ