ADR Partiyası etiraz aksiyası keçirdi
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının bu gün saat 12.00-da hüquq və ədalət üçün Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası baş tutub. Ədliyyə Nazurliyi qanunlara əməl etməyə, ADR -in qeydiyyatına əsassız əngəllər yaratmamağa, Partiyanı qeydiyyata almağa çağıran bir qrup partiya üzvləri piketin qətnaməsini Nazirliyə təqdim ediblər.
Məlumat üçün qeyd edilir ki. ADR Partiyası etiraz aksiyası ilə bağlı qanuna müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətini məlumatlandırıb. Piket zamanı polis müdaxiləsi qeydə alınmayıb. ADR Partiyası sədrinin müavini Ədalət Yusub və ADR Partiyası sədrinin müşaviri Hüseyn Məlik piket zanani Ədliyyə Nazirliyinə dəvət olunublar, onlara şikayək ərizəsi yazdırılıb və piketin qətnaməsi gəbul edilib.
Qeyd olunub ki, bu həftənin 5-ci günü sizin müraciətinizə baxılacaq.