Ukraynadan taxıl ixracı tam bərpa edildi
Avqustda Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatıb.
Bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, intensiv beynəlxalq əməkdaşlıq sayəsində Ukrayna avqstda təxminən 4 milyon ton dənli bitki ixrac edəcək.
Fevralın 24-də Rusiya ilə münaqişə başlayanadək Ukrayna hər ay orta hesabla 5 milyon ton dənli bitki ixrac edirdi. Martda isə ixracın dayanması dünyada dənli bitkilərin bahalaşması ilə nəticələndi.
22 iyulda Türkiyə və BMT-nin vasitəşiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında imzalanan sazişdən sonra ixracat bərpa edilib.
İxracatın bu tempi davam etsə, qarşıdakı həftələrdə taxılın dünya bazarındakı qiyməti bir qədər də ucuzlaşa bilər.