Rusiyada "Viber" messencerinə məhdudiyyət qoyulub

Rusiyada "Viber" mesencerinə məhdudiyyət qoyulub.

Lim10.az xəbər verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti məlumat verib.

"Viber" xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb", - qurumun "Telegram" kanalında diqqətə çatdırılıb.

Qeyd olunur ki, bu tələblərin yerinə yetirilməsi mesencerin terror və ekstremist məqsədlərlə istifadəsi, vətəndaşların bu məqsədlər üçün cəlb edilməsi, narkotik maddələrin satışı təhlükələrinin qarşısının alınması, həmçinin qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar zəruridir.