İlon Maskın şirkəti Ermənistanda lisenziya alıb
Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası respublikada "Starlink" şəbəkəsinin fəaliyyəti üçün lisenziya verib.
Lim10.az Interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.
"Dekabrın 4-də və 13-də Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasında keçirilən iclasların qərarları ilə "Starlinkam" SC-nin Ermənistan Respublikası ərazisində fəaliyyəti ilə bağlı müraciətləri təmin edilib", - o, sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, müraciətlər ümumi istifadədə olan elektron rabitə şəbəkəsinin istismarına lisenziyanın verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən idarə olunan ümumi elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik zolaqlarından təkrar istifadəyə icazənin verilməsi ilə bağlı olub.