Blinken İraqdan İranın Suriyaya silah göndərməsinin qarşısını almasını istəyib

ABŞ-nin dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd Əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını istəyib.

Lim10.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Birləşmiş Ştatlar rəsmisinə istinadən xəbər yayıb.

Məlumata görə, Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir, bu səbəbdən Vaşinqton İraqdan İranın dəstəklədiyi qruplar tərəfindən istifadə oluna və ya ölkədə sabitliyi daha da poza biləcək silahların Suriyaya daxil olmasının qarşısını almasını istəyir.