Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 197 milyon ABŞ dolları dəyərində 7 292 ədəd avtomobil ixrac edib.
Lim10.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq - 39 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 622 milyon ABŞ dolları dəyərində 103 989 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 6,3 % çoxdur.
Bu ilin ilk 11 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 328 milyon ABŞ dolları dəyərində 38 902 ədəd, Qazaxıstana 735 milyon ABŞ dolları dəyərində 41 556 ədəd, Tacikistana 152 milyon ABŞ dolları dəyərində 7 009 ədəd, Özbəkistana 72 milyon ABŞ dolları dəyərində 2 433 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.(Report)



















